Avtobus qəzası: 20 ölü

06.02.2016 01:11     Sosreaksiya     1087

Hindistanda  avtobusun körpüdən çaya aşması nəticəsində azı 20 nəfər həlak olub.
 
Musavat.com xəbər verir ki, bu barədə məlumat "Reuters" agentliyində yer alıb. Qeyd edilib ki, hadisə ölkənin Qudcarat ştatında baş verib. Yerli polisin məlumatına görə, avtobus Supa kəndi yaxınlığında Purna çayına düşüb. Sudan 20 cəsəd çıxarılıb.
 
Avtobusda nə qədər adamın olması dəqiq məlum deyil.
 
Qeyd olunur ki, avtobus tamamilə suyun altında qalıb. Polis bidirib ki, ölənlərin sayı arta bilər.
 

Şərhlər