Gəncədə evində köməksiz vəziyyətdə qalan 83 yaşlı qadın ölüb

06.02.2016 05:22     Sosreaksiya     1080

 Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Gəncə şəhəri, Nizami rayonunda 1933-cü il təvəllüdlü Zeynalova Brilliyant Misir qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə,  dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib və zərərçəkmişi huşsuz vəziyyətdə aşkar edib.

 

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı B. Zeynalovanın vəfat etdiyi müəyyən olunub. Əməliyyat saat 02:00-da başa çatıb. 

Şərhlər

Çox oxunanlar