Beynəlxalq Bankın bankomatından oğurluğa cəhd olub

06.02.2016 13:18     Sosreaksiya     1151

Şəki şəhərində Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatdan oğurluğa cəhd olub.
 
“Reaksiya”-nin xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Şəki Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğa cəhd göstərmiş rayon sakini Vaqif Bayramov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 25-də Sərxan Şirinova məxsus mağazadan tütün məmulatı oğurlaması da müəyyən edilib.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər

Çox oxunanlar