SOCAR Gürcüstanda tikiləcək qaz anbarlarında pay almağı planlaşdırır
06.02.2016 13:27 Sosreaksiya 1035
"APA-Economics" "Georgia Online" agentliyinə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, bu məsələ onun Bakıya səfəri zamanı SOCAR prezidenti Rövnəq Abdullayev ilə müzakirə olunub.
"Azərbaycan tərəfi bildirib ki, inşasına bu il başlanılacaq qaz anbarlarında pay almaq, həm də maliyyə iştirakçısı olmaq arzusundadır", - deyə nazir qeyd edib.
Şərhlər