Ucarda yanğın olub, ev sahibi xəsarət alıb

06.02.2016 15:45     Sosreaksiya     1313

Ucarda çoxmənzilli yaşayış binasında yanğın baş verib.

 

APA - nın yerli bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhərin Heydər Əliyev prospekti bina 115 mənzil 12-də qeydə alınıb. Rayon sakini, 1963-cü il təvəllüdlü Təranə Xələf qızı Hacıyevaya məxsus ümumi sahəsi 67 kvadratmetr olan mənzildə güclü yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin ( FHN) Ucar Yanğından Mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı 1 otağın 32 kvadratmetri yansa da, mənzilin qalan hissəsi və bina yanğınsöndürənlərin səyi nəticəsində yanğından mühafizə olunub. Hadisə zamanı ev sahibi T. Hacıyeva yüngül yanıq xəsarəti alıb. Hadisənin başvermə səbəbi araşdırılır.

Şərhlər