"WhatsApp" sərhəddini genişləndirdi - Qrup söhbətlərində adam sayı 100-dən 256-ya çatdırıldı.

06.02.2016 16:58     Sosreaksiya     1400

Ani mesajlaşma sistemi olan "Whatsapp" qrup söhbəti sərhədlərini genişləndirib. ANS PRESS-in məlumatına görə, "Whatsapp"ın bu gün yenilənən İOS və Android proqram təminatları, qrup söhbətinə qoşulan adam sayını 100-dən 256-ya qədər artırıb.

Yeniləmə hələ digər mobil tədbiqlərə aid olmadığından, "Blackberry" və "Windows Phone"istifadəçiləri bu yenilikdən istifadə üçün bir az daha gözləməli olacaqlar. "Android" və"İphone" istifadəçiləri isə artıq maksimum 256 nəfərlik qrup söhbətlərindən istifadə etməyə başlayıb.

Şərhlər