ADİU-da UNESCAP-ın beynəlxalq ticarət üzrə mərkəzi yaradılacaq
06.02.2016 17:12 Sosreaksiya 1912
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) beynəlxalq ticarət sahəsində mərkəzinin yaradılması planlaşdırılır.
Bu barədə BMT-nin baş katibinin müavini, UNESCAP-ın icraçı katibi xanım Şamşad Axtarın Azərbaycana səfəri çərçivəsində danışılıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, əməkdaşlıq çərçivəsində uyğun mövzular üzrə birgə tədqiqat layihələrinin həyata keçirilməsi, tələbələrin UNESCAP-ın Almatı şəhərindəki Şimali və Mərkəzi Asiya üçün sub-regional ofisində təcrübə keçmələri, UNESCAP Katibliyi tərəfindən nəşrlərin ADİU-nun kitabxanasına töhfə edilməsi və digər məsələlər nəzərdə tutulub.
Şərhlər