Bakıda maşın dərəyə düşdü - FOTOLAR

06.02.2016 21:05     Sosreaksiya     1343

Bakının Suraxanı rayonu ərazisində yol qəzası baş verib. 
 
Musavat.com-un məlumatına görə, hadisə Hövsan qəsəbəsində baş verib.
 
"Nissan" markalı 90 UL 687 markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə maşın yol kənarındakı yarğana düşüb.
 
Qəza zamanı "Nissan"ın sürücüsü xəsarət alıb. Onun şəxsiyyəti dəqiqləşdirilir.
 
Suraxanı Rayon Polis İdarəsi və Dövlət Yol Polis Şöbəsinin əməkaşları hadisə yerində araşdırma aparırlar. İlkin ehtimala görə, qəzaya yüksək sürət və yolun qaranlıq olması səbəb olub.
 
Hadisədən sonra Hövsan yolunda avtomobil sıxlığı yaranıb. Qəzaya uğramış avtomobil təxliyə edilib və cərimə meydançasına qoyulub. Bundan sonra yolda nəqliyyatın hərəkəti tədricən bərpa olunub.






Şərhlər