Həbs edilən priton sahibi azadlığa buraxıldı - Tofiq Əliyev həbsdən canını qutara bilib (video) - VİDEO

08.02.2016 00:11     Sosreaksiya     1268

Bakı-Qazax-Gürcüstan avtomobil yolunun kənarında, Yevlax rayonunun Səmədabad kəndi ərazisində yerləşən kafelərdən birində əxlaqsızlıq yuvası aşkarlanıb.XiA.az xəbər verirdi ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əxlaqsızlıq yuvası təşkil etməkdə şübhəli bilinən, Səmədabad kənd sakini Tofiq İdris oğlu Əliyev saxlanılıb:

"Kafe sahibi Tofiq İdris oğlu Əliyevin əxlaqsız yuva saxlaması aşkar edilmişdir", - deyə müstəntiq Səxavət Mirzəyev bildirib.

Saxlanılan şəxs Tofiq Əliyev də törətdiyi əməli etiraf edib: "Priton üstündə saxlanmışam. Səhv etmişəm. Öz səhvimi boynuma alıram".

Faktla bağlı cinayət işi açılıb. İbtidai istintaq tədbirləri davam etdirilir.

XİA.az-a daxil olmuş məlumata əsasən priton sahibi Tofiq Əliyev artıq azadlığa buraxılıb. Belə ki, dekabr ayında həsb edilən qadın biznesmeni artıq azadlıqda. Bu barədə Yevlax RPŞ-nin mövqeyin öyrənə bilmədik. Qeyd edim ki, Tofiq Əliyev öz cinayət əməlini etiraf etmişdi. Azadlığa necə buraxılması isə hələdə məlum deyil.

Şərhlər

Çox oxunanlar