Azərbaycan Gürcüstan üzərindən Türkiyəyə elektrik enerjisi tranzitinə başlayıb
08.02.2016 13:05 Sosreaksiya 1189
"Gürcüstan Dövlət Elektrik Sistemi" iki istiqamətdə - Azərbaycandan Türkiyəyə və Rusiyadan Ermənistana tranzit dəhlizi funksiyasını həyata keçirməyə başlayıb.
"Report"un "Qruziya Online" saytına istinadən verdiyi xəbərə görə, fevralın 7-dən etibarən Azərbaycandan Türkiyəyə təqribən 80 MVt miqdarında elektrik enerjisinin tranzitinə başlanılıb.
Rusiyadan Ermənistana orta hesabla 30 MVt miqdarında elektrik enerjisinin tranziti isə fevralın 5-dən həyata keçirilməyə başlayıb.
Nəticədə, Gürcüstan elektrik enerjisinin tranzitindən ayda 1 mln. lari gəlir əldə edəcək.
Şərhlər