Bəzi siqaretlər ucuzlaşıb

08.02.2016 16:19     Sosreaksiya     2756

Azərbaycanda bəzi siqaret markalarının qiyməti enib. "Japan Tobacco International" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, bu gündən "Winston", "Sobranie" və "Camel" markalı siqaretlərin qiymətində azalma baş verib.
 
Bundan başqa, şirkətin istehlakçılarına təklif etdiyi "More" markalı siqaret 2 həftə öncə 1,20 manata qədər ucuzlaşıb.
 
Şirkət rəsmisi bildirib ki, "Winston" markalı siqaretin qiyməti 3,30 manatdan 2,80 manata, "Sobranie" (böyük) 7 manatdan 5 manata, "Camel" 3,50 manatdan 3 manatadək enib.
 
 
[2/8/16, 1:35 PM] Nurshen Quliyev ([email protected]):"Ucuzlaşmaya səbəb istehlakçıların alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Bunun nəticəsində istehlakçılar daha ucuz siqaretlər əldə etməyə çalışırlar ki, onların əksəriyyəti qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilir", - deyə şirkət rəsmisi qeyd edib.

Şərhlər

Çox oxunanlar