Səviyyəsiz verilişlər mənəvi narkotikadır - SOSİOLOQ

01.07.2015 14:19     Sosreaksiya     1921

Bunu Reaksiya.az – a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu bildirib. Sosioloq müxbirimizin telekanalların son zamanlarda şoulara qacmasını, aqressiv təhqirlərə kimi getməsini dəyərləndirərkən bildirib ki, bu məsələyə bir mənalı olaraq bu məsələyə mənfi baxmaq lazımdır: “Telekanallar bu səviyyəyə düşməməli idilər. Kimin istəyib istəməməsindən asılı olmayaraq televioziyalar əhalinin müəyyən qatının davranışının, mənəviyyatının formalaşmasında mühüm rol oynayır. Bəzən kimsə deyir ki, bazar iqtisadiyyatıdır, özəl telekanallar sərbəst fəaliyyət göstərir. Amma hər bir sərbəstliyin də ciddi meyarları olmalıdır. Bu meyar əhalinin tərəqqi, mənəviyyat normalarıdır. Əhalinin fiziki sağlamlığına, mənəviyyatına, əməyə yaradıcı münasibətinə mənfi təsir edən hər bir veriliş xalqın tərəqqisinə zərbə vurur. Bir də baxırsan ki, hansısa bir toy müğənnisi televizyada özünün məktəbli olduğu zaman müəllimlərin başına açdığı oyundan danışır. Bu yeniyetmələrin təhsilə münasibətinə mənfi təsir göstərdiyi üçün olduqca təhlükəlidir. Təəssüf ki, başqa xeyli misallar çəkmək olar. Eyni zamanda bizim xaricdəki diasporamız var. O ailələrdəki gənclər belə səviyyəsiz, təhqiramiz verilişlərə baxanda bu onların vətənə qarşı münasibətinə mənfi təsir edir. Ölkənin özündə, uşaqlar, gənclər arasında bu telekanallar bir boşboğazlıq əhval-ruhiyyəsi yaradır. Mən dərs dediyim universitet aidoriyasında həmin verilişlərin əks- sədasını eşidəndə çox əsəbləşirəm. Problem çoxdur!

Vəziyyətdən çıxış yolu telekanallara qarşı tələblərin artırılması, tekleviziyadakı kadrların ixtisaslarının yüksəldilməsidir. Telekanallar əhalinin mənəvi zənginləşməsi sahəsində ciddi vətənpərvərlik fəaliyyəti göstərməlidir. Televiziya işçiləri deyirlər ki, şit verilişlərin reytinqi yüksəkdir. Bu belədirsə, TV onların səviyyəsinə enməməlidir. Onların borcudur ki, həmin təbəqəni xilas etmək üçün yaradıcı fəaliyyət göstərsinlər. Ortada “Molla Nəsrəddin” jurnalının ciddi təcrübəsi var. Ciddi mövzuda baxımlı verilişlər hazırlamaq sahəsində obyektiv ssenari, quruluş musabiqələri küçirilməlidir. Səviyyəsiz verilişlər mənəvi narkotika olduğu üçün elə onlara narkotikaya olan münasibət göstərilməlidir”.

Şərhlər

Çox oxunanlar