15 il əvvəl qayınatası ilə birlikdə həyat yoldaşını qətlə yetirən qadın məhkəmədə ifadə verib
08.02.2016 18:45 Sosreaksiya 1328
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 15 il əvvəl qətl törətməkdə təqsirləndirilən Həsrət Əliyev və onun gəlini Yeganə Ərəbovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə qapalı keçirilən prosesdə Y. Ərəbova ifadə verib. O, ifadəsində özünü təqsirli bilmədiyini deyib.
Qeyd edək ki, Quba rayon sakini, 1976-cı il təvəllüdlü Ərəbova Yeganə Mayıl qızı və onun qayınatası Həsrət Əliyev ötən il tutulublar. Aparılan araşdırmalar zamanı məlum olub ki, Həsrət Əliyev gəlini ilə birgə 2001-ci ildə oğlu Elman Əliyevi qətlə yetirərək, doğrayıblar və yaşadıqları evin həyətindəki ayaqyolu quyusuna atıblar. Onların hər ikisi barədə həbs-qətimkan tədbiri seçilib.
Şərhlər