Azərbaycanda baba 16 yaşlı nəvəsini qətlə yetirib

08.02.2016 18:52     Sosreaksiya     1205

Azərbaycanda dəhşətli cinayətin üstü açılıb.

 

Hüquq-mühafizə orqanlarındanAPA-ya verilən məlumata görə, hadisə bir neçə gün əvvəl Bakının Binəqədi rayonunda qeydə alınıb. Ağdamrayonundan olan məcburi köçkün, 2000-ci il təvəllüdlü Tural Mübariz oğlu Bayramov xüsusi amansızlıqla qətlə yetirilib.

 

T. Bayramov Ağdam rayonunda torpağa tapşırılıb.

 

Həyata keçirilən tədbirlər nəticəsində qətlin törədilməsində şübhəli bilinən, T. Bayramovun babası Rafiq Bayramov saxlanılıb.

 

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər