Narkotik alverçisi olan İran vətəndaşı yaxalanıb - FOTOLAR

08.02.2016 19:14     Sosreaksiya     1292

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik alveri ilə məşğul olan İran İslam Respublikasının vətəndaşı yaxalanıb.

 

Bu barədə APA-nın cənub bürosuna Biləsuvar RPŞ-nin müstəntiqi Fərid Soltanlı məlumat verib. O bildirib ki, İran vətəndaşı, 41 yaşlı Banı Nazi  Mansoor Biləsuvar sərhəd buraxılış məntəqəsindən Azərbaycana keçərək sərhədyanı ərazidə qaçaq yolla gətirilmiş narkotik maddəni satmaq istəyib. Lakin polisin keçirdiyi əməliyyat tədbirləri onun bu planının gerçəkləşməsinə imkan verməyib. İran vətəndaşı ümumi çəkisi 2,535 kq  heroini şərti alıcıya satmaq istəyərkən yaxalanıb.
 
Polisə verdiyi ifadəsində saxlanılan şəxs narkotik maddənin satışını İrandan olan tanışının təklifi ilə reallaşdırmaq istədiyini bildirib. Bunun müqabilində isə ona 22 min ABŞ dolları vəd olunub.
 

Faktla bağlı  Biləsuvar RPŞ-də Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. 

Şərhlər

Çox oxunanlar