Xalq artisti xəstəxanaya yerləşdirildi
08.02.2016 19:21 Sosreaksiya 1055
O, Hepatit virusundan əziyyət çəkir.
Xalq artisti, rejissor Tofiq İsmayılov xəstəxanaya yerləşdirilib.
76 yaşlı rejissorun səhhəti ilə əlaqədar Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinin müdiri Vüqar Abdulkərimov Oxu.Az-a açıqlamasında bildirib:
“Hazırda reanimasiyadadır. Müalicə davam edir”.
Tofiq İsmayılov Hepatit virusundan əziyyət çəkir.
Rejissor 1939-cu il aprelin 6-da Bakıda anadan olub. 1994-2006-cı illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində çalışıb. İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olub. 2007-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.
“Yaşıl işıq”, “Musiqi müəllimi”, “Mən mahnı qoşuram” və s. filmlərin rejissoru və ssenari müəllifidir.
Şərhlər