Eynicinsli valideynlərin yetişdirdiyi uşaqlarda psixoloji travmalar

01.07.2015 14:45     Sosreaksiya     2447

ABŞ universitetlərinin biri tərəfindən aparılan geniş araşdırma eyni cinsdən olan valideynlər tərəfindən böyüdülən uşaqlarda ciddi psixoloji travmalarla yetişdiyini ortaya qoyub.

Colorado Universitetindən Jimi Adams və Oregon Universitetindən Ryan Light tərəfindən aparılan bir araşdırma fərqli yerlərdə aparılan 19 min araşdırmanı bir yerə cəmləşdirərək eyni cinsdən olan valideynlər tərəfindən yetişdirilən uşaq ilə fərqli cinsdən valideynlər tərəfindən yetişdirilən uşaqlar arasında ciddi fərqlərin olduğunu müəyyən edib.

Light çox ciddi fərqlərin oldğunu deyib və əlavə edib ki, həmin uşaqların psixoloji vəziyyətləri və ya davranışları, təhsilləri və digər bu kimi meyarları araşdırılıb və bu uşaqların böyüyəndə natamamlıq kopmpleksindən əziyyət çəkdiklərini bildirib. Araşdırmanın nəticələrinin ABŞ Ali məhkəməsinin bu məsələdə sosioloqların qərarsız olduğunu bildirməsindən sonra açıqlandığı vurğulanıb.

Şərhlər

Çox oxunanlar