33 yaşlı kişi bıçaqlandı - Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

09.02.2016 10:49     Sosreaksiya     1255

Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, şəhərin Təbriz küçəsində yaşayan 1983-cü il təvəllüdlü Rabil Razim oğlu Məmmədov bədənin çoxsaylı kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya çatdırılıb. Üzərində dərhal cərrahiyyə əməliyyatı aparılan yaralının vəziyyəti ağırdır. Rabil Məmmədovun müayinəsi cərrahiyyə şöbəsində davam etdirilir. 

Məlumata görə, R. Məmmədov dostu, 1976-cı il təvəllüdlü Namiq Telman oğlu Qənbərov tərəfindən bıçaqlanıb. Hadisənin başvermə səbəbləri araşdırılır.

Bundan başqa Gəncə sakini sirkə turşusundan zəhərlənib. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, şəhərin Yeni Gəncə qəsəbəsində yaşayan 1974-cü il təvəllüdlü Fəxriyyə Əsgər qızı İsgəndərova sirkə turşusu zəhərlənməsi əlaməti ilə xəstəxanaya çatdırılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Hər iki faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Ölkədə sonuncu bıçaqlanma hadisəsi bir neçə gün əvvəl Xaçmazda qeydə alınıb. 20 yaşlı Elmar Təmirov öz xalası oğlu 24 yaşlı Kamran Hacıbalayevə bıçaqla xəsarət yetirib. Zərərçəkən xalası oğlunun onu xalasının təhriki ilə bıçaqladığını deyib. Dərhal qohumunu qanına qəltan etmiş 20 yaşlı Elmar Təmirov saxlanılıb. Saxlanılan şəxs əməlindən heç də peşman olmadığını bildirib.

Şərhlər

Çox oxunanlar