Körpə morqda dirildi - FOTOLAR
09.02.2016 12:02 Sosreaksiya 899
Öldüyü söylənilən və yandırılması üçün cəsədi morqda saxalanılan körpə mənfi 12 dərəcədə 15 saat vaxt keçməsinə baxmayaraq, dirilib.
Hadisə Çində baş verib. Belə ki, fevral ayının əvvəlində 2 ay tez dünyaya gəldiyi üçün 23 gün xəstəxanada saxlanılan körpə müddət bitdikdən sonra ailəsinə verilib. Ailə körpəni evə apardıqdan sonra onun rənginin dəyişdiyini, nəfəs almadığını görüb. Dərhal xəstəxanaya qayıdan ailə uşağın ürəyinin dayandığını öyrənib.
Körpə morqa yerləşdirilib, ailəsi isə səhəri gün cəsədi yandırmaq üçün hazırlıqlar görməyə başlayıb. Hadisənin səhəri gün morqdan cəsədi götürməyə gələn həkimlər şoka düşüb. Öldüyü güman edilən 7 aylıq körpə mənfi 12 dərəcədə 15 saat qalmasına baxmayaraq, dirilib.
Hazırda körpə həkimlərin nəzarəti altındadır.
ATV.AZ
Şərhlər