DİN-in tibb müəssisələrinə 13 vəzifəyə işçi qəbulu elan edilib

09.02.2016 16:25     Sosreaksiya     912

Daxili İşlər Nazirliyi Tibb İdarəsinin müalicə-profilaktika müəssisələrində vakant olan - 2 həkim-cərrah, 3 həkim-travmatoloq, 1 həkim-neyrocərrah, 1 üz-çənə cərrahı, 1 həkim-dermatoveneroloq, 1 həkim-allerqoloq, 2 həkim-narkoloq, 1 həkim-terapevt və 1 psixoloq, ümumilikdə 13 vəzifə üzrə xidmətə qəbulla bağlı müsabiqə elan edib. 
 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə dövlət ali təhsil müəssisələrində müvafiq ixtisasla təhsil alaraq magistr (psixoloqlar üçün) pilləsini bitirmiş, tibb və təhsil müəssisələrində rezidentura keçmiş, ixtisas üzrə azı 5 il praktiki təcrübəyə malik, yaşı 35-dən yuxarı olmayan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.    
 

Müsabiqə qaliblərinə DİN-in kadrları tərkibinə daxil edilərək müvafiq xüsusi rütbə verilməklə ilkin olaraq 500 manat aylıq təminat xərcliyi, eləcə də göstərdiyi pullu xidmətə görə əlavə pul vəsaiti ödəniləcək, habelə qanunvericiliklə müəyyən olunmuş qaydada onların daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaq. 
 

Müsabiqədə iştirak etmək istəyən şəxslər Baş Kadrlar İdarəsinə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
 

Şəxsiyyət vəsiqəsi;
Ali təhsil haqqında diplom;
Əmək kitabçasının surəti. 
 

Müsabiqədə iştirak etmək üçün sənədlər 2016-cı il fevral ayının 10-dan mart ayının 10-dək hər gün (istirahət günlərindən başqa) saat 10-dan 17-dək Bakı şəhəri, Azərbaycan prospekti 5 ünvanında yerləşən Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsində qəbul edilir.

Şərhlər

Çox oxunanlar