“Bəzi homoseksuallar mənə yazıb kömək istəyib” - Azərbaycanlı ilahiyyatçı
01.07.2015 15:17 Sosreaksiya 2356

Əkrəm Həsənov: “Bizim hüquq və qanunlarımızda öldürmə olmadığı üçün, bu gün bu öldürmə əmrini icra edə bilmərik”
“İndi media kşinin kişi ilə münasibətini gündəmə gətirməyə cəhd edir. Bu əməli edənlərin hüquqlarından, bu əməldə olanlara xoş münasibətdən danışır. Cəmiyyətimiz unutmasın ki, bu əməl dünyada işlənən ən çirkin əməllərdən biridir”.
Bunu Reaksiya.Az-a açıqlamasında teoloq, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov bildirib.
O, dinlər tarixindən Lut qövmünü xatırladaraq bildirib ki, özünü qadına bənzədən kişilər və qadın əvəzinə kişi ilə münasibəti arzu edənlər, birdə kişiyə bənzəyən qadınlar və kişiyə meyl etməyib qadına meyl edən qadınlar bu tip insanlardır: “Allah-Təala Lut adlı peyğəmbəri bu əməli edənlərə qarşı göndərdi ki, onları bu çirkin əməllərdən çəkindirsin. Allah təala Lutun dili ilə öz camaatını qorxutdu. Lakin tarix boyu olduğu kimi onun cəmiyyəti Lut peyğəmbərin Allahdan olan xəbərdarlığına məhəl qoymadı. Bu səbəbdən Allah təala həmin qövmü yerlə yeksan etdi. Lakin Lutu və ona iman edənləri bu əzabdan xilas etdi. Lut peyğəmbərin qövmünün əməlini edən bir şəxsi reklam edib bunu bu gün mediada azadlıq, demokratiya kimi, ya da dəstəkləməməyi insan huquqlarinin pozulması kimi qələmə verməsinlər. Əgər belə əməllərlə məşğul olanlar çoxalsa hamımız yernən yeksan olarıq. Bu cür xəstəliyə düçar olanları isə tərbiyə etmək, islah etmək hamımızın borcudur. Getdikləri yolun yalnış olduğunu onlara izah etməliyik. Qurani Kərimdə Lut qövmünün etdiyi çirkin əməllər haqqında Allah təala bir çox ayələrdə bizə belə xəbər verir: "Lut dedi ki, siz aləmin kişilərinə gəlirsiniz, eləmi? Rəbbinizin sizin üçün yaratdığı zövcələri də tərk edirsiniz? Yox, siz yoldan çıxmış bir tayfasınız! Onlar: “Bax Lut, sən bundan daşınmasan, xeyri yoxdur, sürgün edilənlərdən olarsan!”, – dedilər. Lut dedi: “Mən sizin gördüyünüz bu işə həqiqətən də, nifrət edənlərdənəm (bundan iyrənirəm)”. “Rəbbim! Məni və ailəmi bunların gördükləri işdən uzaq et!”. Biz də onu və bütün ailəsini xilas etdik. Ancaq qoca bir qadın yerdə qalanlar arasındaydı. Digərlərini yerlə-yeksan etdik. Onların üzərinə bir yağmur yağdırdıq. O xəbərdarlıq edilənlərin yağmuru necə də pis idi! Bunda yaxşı bir ibrət var, lakin çoxları yenə də inanmaz. Sənin Rəbbin həqiqətən güclüdür, mərhəmətlidir (Şüəra, 165-175)”.
Əkrəm Həsənov əlavə edib ki, Allah-Təala Lut qövmünün qadınları tərk edib kişinin kişi ilə münasibətlərə getdiklərinə görə onları şiddətli cəza ilə cəzalandırması barədə bizə belə buyurur: "Lutu da göndərdik. Qövmünə dedi ki, siz sizdən əvvəl aləmdə heç kəsin etmədiyi o murdarlıqla məşğulsunuz? Siz qadınları qoyub kişilərə yaxınlaşırsınız? Yox, siz azğın bir tayfasınız. Qövmünün cavabı ancaq bu oldu: “Lut ailəsini şəhərinizdən qovun. Çünki onlar yaxşı-yaxşı təmizlənən insanlardır”. Biz də onu və ailəsini xilas etdik; amma arvadını yox. Çünki onun arxada qalanlardan olmuşdu. Onların üzərinə bir yağmur yağdırdıq. Bax, gör günaha batanların axırı necə imiş (Əraf, 7/80-84)"
Bu fikirdə olanları tərbiyələndirmək və onları müalicə etmək əksinə cəmiyyətimizi və gələcəyimizi yaxşılığa doğru dəyişmək deməkdir. Gəlin bu işin reallaşması üçün hər birimiz özlüyümüzdə cəmiyyətdə maarifləndirmə işləri aparaq: “Müasir hüquqlar onları qovmağa, sərt cəzalara imkan vermir. Bu barədə dünya alimləri də bir araya gəlib ortaq qərarlar qəbul etməlidir. Məncə, ən münasib variant onları müalicə etmək və maarifləndirmək olar. Bu yolda olan şəxs eyni həyat tərzini başqa ölkədə də davam etdirəcək, ona görə də müalicə mümkün və vacibdir”.
Azərbaycanlı alim əlavə edib ki, bəzi homoseksuallar, bu yolda olmuş şəxslər sonradan peşman olub və ona yazaraq çıxış yolu göstərməyi xahiş ediblər: “Bu şəxslər etdikləri əməldən peşman olub tövbə etmək istəyib onlar çıxış yolunun olub olmamasını soruşublar, bizim məsləhətlərimizdən sonra bir çoxu çirkin əməllərədən əl çəkib”.
Şərhlər