Traktorçu-maşinist sürücülük vəsiqəsini almaq istəyənlər məqbul (zaçot) verəcəklər

10.02.2016 12:36     Sosreaksiya     1218

Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”a dəyişiklik edib.
 
APA-nın məlumatına görə, dəyişiklik sürücülük (traktorçu-maşinist) vəsiqəsinin verilməsi (dəyişdirilməsi) ilə bağlıdır.
 
İndiyə qədər bu təlimat Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi orqanları tərəfindən traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün ilk peşə-ixtisas təhsil müəssisələrini, hazırlıq kurslarını bitirmiş şəxslərin imtahanlarının keçirilmə, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin verilmə və dəyişdirilmə qaydalarını müəyyən edib. Dəyişikliyə əsasən isə bundan sonra bu təlimat Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindən traktor və digər mexaniki nəqliyyat vasitələrini (kənd təsərrüfatı texnikası) idarə etmək üçün tədris müəssisələrini və kursları bitirmiş şəxslərdən məqbul (zaçot) və imtahanların qəbul edilməsi və onlara sürücülük (traktorçu-maşinist) vəsiqəsinin verilməsi (dəyişdirilməsi) ilə bağlı qaydaları müəyyən edəcək. Başqa sözlə, sürücülük (traktorçu-maşinist) vəsiqəsinin verilməsi ilə bağlı imtahanlarla bərabər məqbul (zaçot) da veriləcək.

Şərhlər