Təhsil Nazirliyi xaricdə təhsil xidmətləri vəd edən şirkətlər barədə açıqlama yayıb

10.02.2016 12:45     Sosreaksiya     1067

Təhsil Nazirliyi xaricdə təhsil xidmətləri göstərən şirkətlər barədə açıqlama yayıb.
 
"Report"un məlumatına görə, nazirlik Macarıstanda bu ölkənin büdcəsi hesabına təhsillə bağlı heç bir şirkətlə əməkdaşlıq etmədiyini və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımadığını bəyan edib. 
 
Açıqlamada bildirilib ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd seçim zamanı heç bir rol oynamır və belə hallarla rastlaşanlar Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146) məlumat versinlər:
 
"Müxtəlif mətbuat orqanlarında və sosial şəbəkələrdə təqaüd proqramı ilə bağlı məlumatların yerləşdirilməsini nəzərə alaraq, Macarıstanda ali təhsil almaq niyyətində olan şagird və tələbələrimizə, onların valideynlərinə tövsiyə olunur ki, əsas məlumat mənbəyi olaraq Təhsil Nazirliyinin internet səhifəsində yerləşdirilmiş məlumatlara istinad etsinlər".

Şərhlər

Çox oxunanlar