Dünyasını dəyişən hamilə qadının oğlu da virusa yoluxubmuş

10.02.2016 20:16     Sosreaksiya     1092

Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişən ananın məktəbyaşlı övladı da qripə yoluxubmuş və günlərlə dərsə gəlməyib.

Aqşin Xanəliyevin oxuduğu Xəzər rayonu 136 saylı orta mətkəbin direktoru Yaqut Məmmədova  Modern.az-a açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, 1-ci sinif şagirdi Aqşin qış tətilindən sonra dərsə gəlməyib.

“Sinif müəllimi Yeganə Daşdəmirova ailəsi ilə əlaqə saxlayıb. Ata, rəhmətlik ana, nənə ilə də danışıb. Ana deyib ki, Aqşinin yüksək qızdırması var, təcili yardım gəlib sistem qoyublar.

Fevralın 8-də sinif müəlliməsinə deyiblər ki, uşaq yaxşıdır dərsə gələcək. Sonra bu hadisə oldu, gəlmədi. Amma bizim məktəbdə ciddi nəzarət var, filtr qoyulub və azca qrip olmuş şagird belə poliklinikalara yönəldilir. Sadəcə Aqşin tətil vaxtı qripə yoluxduğu üçün ailəsi onunla məşğul olub”.  

Qeyd edək ki, Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişən ananın qripə yoluxduğu bildirilirdi. Lakin Səhiyyə Nazirliyindəki Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyanın sədri Leyla Rzaquliyeva Modern.az-a açıqlamasında qeyd edib ki, hamilədən götürülmüş analizlərdə “donuz qripi” aşkarlanmayıb.

“Anada ağır ağciyər xəstəliyi olub və həkimlər məcburən hamiləliyi tez sonlandırıblar.  

Dünən Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasında 1986-cı il təvəllüdlü Elnurə Elman qızı Xanəliyeva qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişib.   

Qripə yoluxmuş 8 aylıq hamilə qadın bir necə gün öncə  Sabunçu xəstəxanasına gətirilib. Həkimlər xəstəni müayinə ediblər və qeysəriyyə  əməliyyatı olunmasını qərara alıblar.  

Qeysəriyyə əməliyyatından sonra uşaq sağ qalsa da, süni nəfəs aparatına qoşulan ana iki gün sonra keçinib.  

Şərhlər

Çox oxunanlar