Ermənistanda hərbi hissədə zabit qətlə yetirilib

01.07.2015 16:44     Sosreaksiya     1933

Ermənistanın şimal-şərqində yerləşən hərbi hissələrdən birində zabit qətlə yetirilib. Bu barədə Trend “Novosti Armeniya” saytına istinadən xəbər verir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, ötən gün leytenant Mavrik Xaçaturoviç Melikyan başında güllə yarası ilə hərbi hissə ərazisində tapılıb.

Yaralı xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər