Nəvəsini xüsusi amansızlıqla öldürən baba danışdı. - VİDEO
11.02.2016 14:22 Sosreaksiya 1427
“Əsəblərimi cilovlaya bilmədim”
Bir neçə gün əvvəl Bakının Binəqədi rayonunda baş vermiş qətlin təfərrüatı məlum olub. Nəvəsini qətlə yetirən baba törətdiyi cinayətin səbəblərindən danışıb.
Hadisə bir neçə gün əvvəl paytaxtın Binəqədi rayonunda baş verib. Ağdam rayon sakini 71 yaşlı Rakif Bayramov 16 yaşlı nəvəsi Tural Bayramovu yaşadığı evdə boğaraq amansızlılqa qətlə yetirib. İstintaqa ifadə verən Rakif Bayramov hadisədən bir neçə gün əvvəl Rəsulzadə qəsəbəsində yaşayan qızının evinə gəldiyini söyləyib.
Musavat.com-a istinadən verdiyi məlumata görə, o, yeniyetmə nəvəsi Tural Bayramovu evə gec gəlməsinə və anasının sözünə baxmamasına görə danlayıb.
Nəsihətə qulaq asmayan nəvəsi onu söyəndə Rakif Bayramov qəddarlıq edib: “Əsəblərimi cilovlaya bilmədim. Onu boğub öldürdüm”.
Hadisədən sonra Rakif Bayramov nəvəsinin meytini adyala bükərək, çarpayının altında gizlədib. Rafiq Bayramov daha sonra yaşadığı Ağdam rayonunun Çəmənli kəndinə gedib. Meyit bir neçə gün orda qalıb. Yeniyetmə Tural Bayramovun anası və bacısı isə onu evə gəlmədiyi üçün axtarmağa başlayıblar.
Ağdama gedərək, maşınını götürən baba nəvəsinin meyitinin dalınca Bakıya qayıdıb: “Meyiti qoydum maşına getdim rayona. Yolda zəng vurdum ki, Turalı öldürüblər, dəfn etməyə gətirirəm”.
Babası Tural Bayramovu şəriət qaydalarına uyğun Çəmənli kənd qəbiristanlığında dəfn edib. Hadisədən xəbər tutan Binəqədi polis və prokurorluq əməkdaşları dərhal rayona gedərək, araşdırmalara başlayıblar. Meyit məhkəmənin qərarına əsasən dəfn olunduğu yerdən çıxarılaraq (eksqumasiya) ekspertizaya təqdim edilib.
Dindirmə zamanı Rakif Bayramov əməli tək törətdiyini və qətlə söyüşün səbəb olduğunu deyib.
Sosial şəbəkələrdə hadisənin namus üstündə, daha doğrusu, Tural Bayramovin doğma bacısına sataşdığı üçün babası tərəfindən qətlə yetrildiyi barədə məlumat yayılmışdı.
Mərhumun nənəsi Güllü Bayramovnın sözlərinə görə hadisənin namusla heç bir əlaqəsi yoxdur:
“Kişi ilə dalaşıb. Deyib ki, sən qeyrətsizsən. O da dözməyib, bu hadisəni törədib”.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, hadisənin detalları araşdırılır.
Şərhlər