Narkotik satmaqda təqsirləndirilən şəxsə hökm oxunub
11.02.2016 15:56 Sosreaksiya 1349
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Asəf Bəşirovun cinayət işi üzrə məhkəmə başa çatıb.
"Report"un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Bəşirov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, A.Bəşirov 2015-ci ildə narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək saxlanılıb. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.
Şərhlər