Bakıda banka basqın: - oğru iş başında tutuldu - VİDEO

12.02.2016 11:48     Sosreaksiya     2210

 Ötən gecə Binəqədi rayonunda banka basqın edilib. APA TV-nin məlumatına görə, naməlum şəxs rayonun Şövkət Məmmədova küçəsi-10 ünvanında yerləşən "DəmirBank"dan  oğurluq etmək istəyib.

Bankın arxa tərəfində olan tikilinin üstünə çıxan oğru bankın pəncərəsini sındırıb. O, içəri daxil olanda mühafizə xidmətinin siqnalizasiyası işə düşüb. Oğru bankın birinci mərtəbəsinə düşəndə hadisə yerinə mühafizə polislərinin gəldiyi görüb qaçmağa başlayıb. Lakin uzağa qaça bilməyib. Polis əməkdaşları onu yaxalayıb. Tutulan şəxsin 1967-ci il təvəllüdlü Elxan Hüseyn oğlu Məsumov olması müəyyən edilib.

 

Hadisə yerinə baxış zamanı oradan dəmir ling aşkarlanıb. Saxlanılan şəxs Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə aparılıb. Faktla əlaqədar başlanan araşdırmalar davam edir.

 

 

Şərhlər

Çox oxunanlar