"Əmək bazarında tələbat olmayan ixtisaslara qəbul məhdudlaşdırılıb” - Cəsarət Valehov
12.02.2016 13:11 Sosreaksiya 1546
“Təhsil Nazirliyinin tabeliyində olan kolleclərin 40 faizdən çoxu humanitar, pedaqoji və musiqi yönümlüdür. Bir çox kollec eyni profil üzrə kadr hazırlığı həyata keçirir. Bəzilərində peşəkar idarəetmə müəllim heyəti ilə bağlı o qədər də yüksək keyfiyyət olmadığından kadr hazırlığının keyfiyyəti qənaətbəxş hesab oluna bilməz”.
APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib. O qeyd edib ki, əmək bazarında yetərincə tələbat olmayan sahələr üzrə kadr hazırlığının aparılması və çoxsaylı idarəetmə heyətinin saxlanılması büdcə vəsaitləri ilə bağlı müəyyən səmərəsiz xərcləmələrə gətirib çıxarır: “Buna görə də Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə müəyyən addımlar atılıb, 2013-cü ildən başlayaraq, görülmüş tədbirlər nəticəsində kolleclərdə pedaqoji kadr hazırlığının minimuma endirilib, əmək bazarında tələb olunmayan digər ixtisaslar üzrə qəbul planı məhdudlaşdırılıb”.
Şərhlər