Siyəzən rayonunda ilin yekunları ilə bağlı hesabat yığıncaq keçirilib - FOTOLAR

12.02.2016 13:25     Sosreaksiya     2748

11 fevral 2016-cı il tarixdə Siyəzən şəhər Mədəniyyət Mərkəzində 2015-ci ildə Siyəzən rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr barədə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun hesabat yığıncağı keçirilib. Yığıncaqdan əvvəl rayon rəhbərliyi və tədbirdə iştirak edən qonaqlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.Daha sonra iştirakçılar yığıncağın keçirildiyi Siyəzən şəhər Mədəniyyət Mərkəzinin foyesində Siyəzən rayonunda istehsal olunan məhsulların nümayiş olunduğu sərgi ilə tanış olublar. Sərgidə “Caspian Coast Winery & Vineyards” MMC, “Siyəzən-Broyler” ASC, Siyəzən Kərpic Zavodu, “Bərəkət-97” Firması, “Şükran” Kəndli Fermer Təsərrüfatı, “Fəridə” MMC, “Polimer Sənaye Parkı” MMC və s. sənaye və kənd təsərrüfatı məhsulları istehsal edən müəssisə və təsərrüfatlar təmsil olunurdular. Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Niyaz Əliyev, Milli Məclisin deputatı Tahir Süleymanov, İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz regional bölməsinin müdiri Mətləb Cəfərov, Rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivi, hüqüq-mühafizə orqanları, idarə müəssisə və təşkilat rəhbərləri, şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, məktəb direktorları, bağça müdirləri, siyasi partiya və və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri, ağsaqqallar, ziyalılılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun hesabat məruzəsi dinlənilib. Hesabatın mətni əvvəlcədən İcra Hakimiyyətinin rəsmi saytında və rayonun “Çıraq” qəzetində yayımlanıb.

Şərhlər