Xilasedicilər Bakıda mənzildə meyit aşkar ediblər

12.02.2016 14:32     Sosreaksiya     1250

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb.

 

FHN-in əməkdaşları mənzildə 1950-ci il təvəllüdlü Jiqalkin Valeri Valentinoviçin cəsədini aşkar ediblər.

 

Cəsəd aidiyyəti üzrə təhvil verilib.

Şərhlər

Çox oxunanlar