Evli kişinin hamamda yad qadınla meyiti tapıldı (YENİLƏNİB)

12.02.2016 15:09     Sosreaksiya     1532

Qusarda iki nəfərin dəm qazından boğularaq ölməsinin bəzi təfərrüatları bəlli olub. ANS PRESS-in məlumatına görə, bədbəxt hadisə Qusarın Hil kəndində qeydə alınıb. Bu gün səhər 09 radələrində Hil kəndində yeni tikilmiş, amma hələlik yaşayış olmayan evin hamamında evin sahibi, 25 yaşlı Rəşad Mustafayevin və 32 yaşlı Zoya Məhsimova Dünyaməddin qızının meyitləri tapılıb. 

Rəşad hələlik hadisə baş verən evə köçmədiyindən 2 uşağı və həyat yoldaşı ilə atasının evində yaşayırdı. Oğlanın Bakıda olan valideynləri oğullarının gecə evə gəlmədiyindən xəbər tutub qonşulardan rayonda tikilən yeni evə baxmalarını xahiş ediblər. Mustafayevlərin təzə evinə gələn qonşu evin hamamında Rəşadın və tanımadığı gənc qadının meyitlərini görərək dərhal polisə xəbər verib. Mərhumların meyiti hamamın şüşəsi sındırılaraq çıxarılıb. 



Hadisənin baş verdiyi hamamdakı su qızdırıcısı


Zoya Məhsimovanın həyat yoldaşından boşandığı və bir uşaq anası olduğu bildirilir. 

ANS-in çəkiliş qrupunun hadisə yerində olarkən mərhumun qohumları çəkilişə icazə verməsələr də bildirdilər ki, onlar dəm qazından boğulublar.

Rəşad Mustafayevin dayısı Şahin Məmmədrzayevin sözlərinə görə, onlar hadisə haqda səhər saatlarında eşidiblər: "Qazdan olub. Təmiz qaz olsaydı elə ola bilməzdi".

Məlumata görə, Rəşad Mustafayevin atası hamamdakı su qızdırıcının hava çıxan borusuna kağız qoyub ki, içəriyə heç nə girməsin. Onların elə bu səbəbdən hamamda dəm qazından boğulduqları ehtimal edilir. Hadisə yerində olan Qusar qaz istismarı sahəsinin rəisi Azər Abbasov bütün bunların araşdırma başa çatandan sonra aydın olacağını deyib. 

Meyitlər Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyinin Qusar şöbəsinə aparılıb. Qusar prokurorluğu 2 nəfərin ölüm faktının araşdırılmasına başlayıb. 






***10:00***

Qusarda dəm qazından 2 nəfər boğulub.

ANS PRESS-in məlumatına görə, hadisə rayonun Hil kəndində qeydə alınıb. Kənddəki yaşayış olmayan yeni tikilmiş evdə qadın və kişi meyiti aşkar olunub.

Meyiti tapılan kişinin kənd sakini Rəşad Mustafayev olduğu bildirilir. Qadının kimliyi isə dəqiqləşdirilir.

Hadisə yerinə gələn Qusar polis şöbəsinin əməkdaşları faktla bağlı araşdırmalara başlayıblar.

Sonuncu dəfə dəm qazından boğulma faktı Bakıda qeydə alınıb. Gürcüstan vətəndaşı olan Qaraçuxur qəsəbə sakini 1966-cı il təvəllüdlü Nurəddin Rüstəm oğlu Şahmuradovun meyiti yaşadığı evin həyətindəki qarajda maşının içərisində tapılıb. Meyitin üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.

Aparılan araşdırmalar nəticəsində 50 yaşlı kişinin dəm qazından boğularaq öldüyü məlum olub.

Şərhlər

Çox oxunanlar