Azərbaycan MTN-nin qaçan işçisi Rusiyada tutuldu (FOTO) - VİDEO
12.02.2016 15:34 Sosreaksiya 1891
23 yaşlı gənc qadınları 3 yaşlı qızı ilə aldadaraq dələduzluq edib.
Rusiya Daxili İşlər Nazirliyi beynəlxalq axtarışda olan şəxsi yaxalaya bilib. ANS PRESS-in məlumatına görə, Yeni Moskvanın Pervomaysk qəsəbəsində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində beynəlxalq axtarışda olan 23 yaşlı Orta Asiya respublikası vətəndaşı həbs edilib.
Məlumata əsasən həmin şəxs öz ölkəsinin ərazisində, o cümlədən Moskva regionunda da silsilə dələduzluq əməlləri törətdiyi bildirilir.
Adı açıqlanmayan şəxs xüsusi xidmət orqanı əməkdaşı kimi özünü təqdim edib, qadınların etibarından sui istifadə edərək bir sxem üzrə hərəkət edib. İnanadırıcı olmaq üçün isə"Makarov" tipli tapancanı göstərib.
Sonra o qadınları özünün 3 yaşlı qızı ilə tanış edib, uşaq üçün yardım istəyib. Təbii ki, ox cavabı almayıb və qadınlardan aldığı pulları mənimsəyib.
Saxlanılan zaman onun yanında olan azyaşlı uşaq da olub. O, müayinə üçün xəstəxanaya göndərilib. Uşağın Azərbaycandakı qohumlarının yanına qaytarılacağı gözlənilir.
Hazırda saxlanılan şəxsin barəsində cinayət işinin qaldırılması məsələsi həll edilir.
Saxlanılan şəxs
Maraqlısı odur ki, Rusiya Daxili İşlər Nazirliyinin Orta Asiya respublikası vətəndaşı kimi təqdim etdiyi bu şəxs Azərbaycan vətəndaşıdır. 23 yaşlı şəxs ən azı 2,5 milyon rubl mənimsəməkdə ittiham edilir.
ANS PRESS-in Rusiyanın "360tv.ru" saytına istinadla verdiyi məlumata görə, 23 yaşlı gənc Azərbaycanda ləğv edilən Milli Təhlükəsizlik Nazirliyində çalışdığını deyib. Bu barədə gənc kişi hazırlanan videosujetdə qeyd edib. Üzünü göstərməsə də, o açıqlama verib. Gənc , iddia edir ki, siyası sığınacaq üçün Rusiyaya gəlib. Burada isə azyaşlı qızı ilə yaşayıb.
Qadınların pulunu dələduzluq yolu ilə ələ keçirməsini başqa cür izah edir. "Bəziləri mənimlə ailə qurmaq istəyirdi. Amma mən bunu etmədim. Buna görə də bu hadisılər baş verdi". Guyaki ayrılığa razı olmayan qadın polisə ərizə ilə müraciət edərək onun 2,5 milyon rublunu oğurladığını deyib.
Saxlanılan şəxsin açıqlaması
ANS PRESS-in haqqın.az-a istinadla verdiyi məlumata görə, söhbət söhbət 2013-cü ildə Azərbaycandan qaçan və bir müddət sonra Rusiyada üzə çıxıb Naxçıvan MTN-nin barəsində ifşaedici açıqlamalar verən İbrahim Musayevdən gedir.
Naxçıvan MTN isə bəyanat yayaraq İ.Musayevin dələduz olduğunu və bu səbəbdən axtarıldığını açıqlayıb. Daha sonra Azərbaycan tərəfinin sorğusu ilə onu Rusiyanın Yaroslavl şəhərində saxlasalar da ekstradisiyası baş tutmamışdı. Və bir müddət sonra İ.Musayev Rusiya da hüquq-mühafizə orqanlarından gizlənmişdi.
Şərhlər