Sevdiyi oğlandan yox cavabı alan qız intihar etdi

12.02.2016 16:05     Sosreaksiya     1188

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Nərimanov rayonu Əliyar Əliyev küçəsi ev 26, mənzil 109 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1997-ci il təvəllüdlü Tamara Vidadi qızı Abbasova özünü hündürmərtəbəli binanın 4-cü mərtəbəsindən ataraq intihar edib. Ağır bədən xəsarətləri alan qız dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Xəstəxanadan xəsarət alan qızın vəziyyətinin ağır olduğunu bildirdilər.

Məlumata görə, T. Abbasova sevdiyi oğlandan "yox" cavabı aldığı üçün belə bir addım atıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar aparılır.

Anspress.com

Şərhlər

Çox oxunanlar