Rusiyada xalqın böyük əksəriyyəti təhsil müəssisələrində hicab taxılmasına qarşıdır

01.07.2015 17:18     Sosreaksiya     1801

Rusiyada aparılan bir araşdırma, xalqın böyük əksəriyyətinin, tələbələrin hicabla təhsil müəssisələrinə daxil olmasına etiraz etdiyini ortaya çıxarıb. Yuri Levada ictimaiyyət araşdırmaları şirkətinin anketinə əsasən, Rusiya vətəndaşlarının 74% təhsil müəssisələrində tələbələrin dərslərə hicabla gəlməsinin qəbul edilməz olduğunu söyləyib.

Əks fikirdə olanların nisbəti isə anketə əsasən 9% olub. Kişilərin 20% - i, hicablı tələbələrin dərslərə məhz hicabla gəlməsinin sərbəst olmalı olduğunu müdafiə edərkən, bu nisbət 25-39 yaş qrupundakı şəxslərin 23%, ali təhsilli şəxslər arasında isə 21% - dir.

Rusiya Ali Məhkəməsi 2013-ci ildə, hicabla təhsil müəssisələrinə daxil olmaqla bağlı qadağanı təsdiqləmişdi.

Şərhlər