“Twitter”də ciddi itki - Sosial şəbəkədən imtina edənlərin sayı 2 milyona çatıb.
12.02.2016 20:33 Sosreaksiya 1398
“Twitter” sürətlə istifadəçi itirməkdə davam edir. ANS PRESS-in məlumatına görə, şirkətin etdiyi bütün yeniliklərə baxmayaraq, sosial şəbəkədən imtina edənlərin sayı 2 milyona çatıb.
Şirkətin son hesabatına görə, 2015-ci ilin 3-cü və 4-cü rübləri arasında sosial şəbəkənin istifadəçilərinin sayı stabil olaraq, 320 milyon nəfər təşkil edib.
Bu rəqəmdən “tweet”ləri yalnız özlərinə gələn mesajlar vasitəsi ilə görən istifadəçiləri də çıxsaq, aylıq aktiv istifadəçi sayı 3-cü rübdə 307 milyon nəfərə, 4-cü rübdə isə 305 milyon nəfərə enib. Şirkət istifadəçi sayını artırmaq yönündə tədbirlər planı həyata keçirməyi planlaşdırır. Hazırda şirkətin nə kimi planının olduğu isə açıqlanmır.
Ötən günlərdə “alqortimik xəbər axını” adı verilən yeniliyi sınaqdan keçirən şirkət effektli bir nəticə əldə edə bilməyib.
Cek Dorsi - “Twitter”in yaradıcısı
“Twitter” 2006-cı ilin mart ayında Cek Dorsi və Cüli tərəfindən yaradılıb. Qısa müddətdə sürətlə məşhurlaşan “Twitterin” 2012-ci ildə 500 milyon istifadəçisi, gündəlik 340 milyon tviti və 1,6 milyard axtarışı olub. Təqdim edildiyi dövrdən “Twitter” dünyada ən çox ziyarət edilən on saytdan biri olub və “İnternetin SMS-i” kimi tanınıb. Hətta qeydiyyatdan keçməmiş istifadəçilər də göndərilmiş “tweet”ləri oxuya bilirlər.
Şərhlər