"İnstagram"dan yenilik

13.02.2016 01:06     Sosreaksiya     1727

Bu, video məzmunların keyfiyyətinin artırılması yönündə edilən son dəyişiklik deyil.

“İnstagram”da videolara baxış sayını hesablamaq üçün sayğac quraşdırılacaq. ANS PRESS-in məlumatına görə, bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib.

Bildirilib ki, sayğac bəyənmələrin yerində quraşdırılacaq. İstifadəçilər əvvəlki kimi bəyənmələrin sayını öyrənə biləcək. Bunun üçün sadəcə baxış sayına toxunmaq yetərlidir.

Yeni funksiya şirkətlər, sənət adamları və Instagramda məşhurlaşan insanlar üçün faydalı olacaq. Çünki istifadəçilərə onların izləyicilərinə daha çox nəyin maraqlı olduğunu anlamağa imkan verəcək.

Son altı ayda “Instagram”da video izləməyə vaxt sərf edən istifadəçilərin sayı 40% artıb. Şirkətin rəsmi bloqunda o da yer alıb ki, bu il ərzində "İnstagram"ın video məzmunların keyfiyyətinin artırılması yönündə etdiyi son dəyişiklik deyil.

2012-ci il ildə “Facebook” “İnstagram”ı 1 milyard dollara satın alıb.

Şərhlər