Xizida kişi meyiti tapildi - Onun ölümü ilə bağlı bir neçə versiya səslənir

13.02.2016 01:20     Sosreaksiya     1200

Xızının Altıağac qəsəbəsində yol kənarında kişi meyidi tapılıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə yerinə çağrılan Xızının polis və prokurorluq əməkdaşları mərhumun şəxsiyyətini dərhal müəyyən ediblər.

Məlum olub ki, meyit Altıağac qəsəbə sakini, 33 yaşlı Rövşən Əlövsət oğlu Sadıqova məxsusdur. Xızı prokurorluğundan aldığımız məlumata görə, mərhum ürək xəstəliyindən əziyyət çəkirmiş.

Onun xəstəlikdən və ya soyuqdan donub ölməsi versiyaları araşdırılır. Rövşən Sadıqovun meyiti müayinə olunmaq üçün Bakınım Yasamal morquna aparlıb.

Ölümün səbəbləri Xizi prokurorluğunda araşdırılır.

Şərhlər

Çox oxunanlar