Azərbaycan Peterburqdakı "The Hermitage Hotel"inə həbsin qoyulmasına çalışır
13.02.2016 13:06 Sosreaksiya 1089
Azərbaycanın ən iri bankı Rusiyanın Sankt-Peterburq şəhərində Ermitajın rəsmi eyniadlı mehmanxanasına həbsin qoyulmasına çalışır. "Report"un "Fontanka.ru"ya istinadən verdiyi xəbərə görə, mehmanxananın sahibi biznesmen Malik Babayev bankdan 1,6 mlrd. rubl borc alıb ki, onu ödəmək fikrində deyil.
Azərbaycan Beynəlxalq Bankı məhkəmə vasitəsilə Peterburqda yerləşən "Ermitaj" mehmanxasına həbs qoyulmasına çalışır. Qeyd edək ki, 5-ulduzlu "The Hermitage Hotel"in rəsmi sahibi azərbaycanlı iş adamı Malik Babayevə məxsus olan Beynəlxalq Baltika İnvestisiya Şirkətidir.
İddia Azərbaycan Beynəlxalq Bankının törəməsi - "ABB-Moskva" tərəfindən qaldırılıb. Kredit təşkilatından verilən məlumata əsasən, şirkət bank qarşısında öhdəliyini könüllü olaraq həyata keçirmir. Bu öhdəliyin icra olunmaması bir müddətdir ki, davam edir. Buna görə də bank tərəfindən məhkəməyə müraciət olunmasına qərar verilib.
Bugünlərdə məhkəmə yetərincə sübutlar olmadığı üçün mehmanxanın həbsini rədd edib. Qeyd olunub ki, həmin daşınmaz əmlak mübahisə mövzusu deyil. Bank təkrar olaraq məhkəməyə müraciət etmək hüququna malikdir.
Məsələ bundadır ki, bir neçə il əvvəl İnvestisiya Şirkəti 4,1 mln. dollara alınan mehmanxananın yenidən qurulması üçün Azərbaycan Beynəlxalq Bankından illik 12%-lə xarici valyutada kredit alıb. Kreditin məbləği İnvestisiya Şirkəti tərəfindən açıqlanmayıb. Amma ekspertlər bunu 35-40 mln. dollar (təxminən 3 mlrd. rubl) həcmində dəyərləndirirlər.
"Fontanka"nın məlumatına əsasən, kredit verilişindən sonra bank mehmanxanı kreditin girovu kimi rəsmiləşdirib. Rusiya reyestrində həmin girov haqqında məlumat yoxdur. Lakin bank obyektin girov qoyulmadığını təkzib etməyib.
"ABB-Moskva"dan İnvestisiya Şirkətini kredit ödənişi ilə bağlı çətinliyini olub-olmadığını açıqlamayıblar: "Bank müştərinin razılığı olmadan onun krediti haqqında məhkəmə mübahisəsi olmayan məlumatı açıqlaya bilməz".
Qeyd edək ki, Azərbaycanın ən iri bank təşkilatı olan ABB-də dövlətin payı 50,2%-dir.
Şərhlər