Azərbaycan Ordusu şəhid verdi (YENİLƏNİB) (FOTO)

13.02.2016 14:41     Sosreaksiya     1418

Şəhid olan hərbi qulluqçu torpağa tapşırılıb.

Ermənistan silahlı qüvvələrinin fevralın 12-də atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun qoşunların təmas xəttində şəhid olan hərbi qulluqçusu torpağa tapşırılıb.

ANS PRESS-in Qarabağ bürosundan verilən məlumata görə, kiçik çavuş, 1994-cü il təvəllüdlü Zeynalov Elmir Sərxan oğlu doğulduğu Goranboy rayonu Əhmədabad kənd qəbiristanlığında dəfn edilib. 

Dəfn mərasimində Goranboy rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, kənd sakinləri, mərhum hərbçinin xidmət etdiyi hərbi hissəsinin rəhbərliyi, döyüşçü yoldaşları iştirak edib.

***12-40***

Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub.

Azərbaycan Respublikası Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, fevralın 12-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə atəşkəs rejiminin pozulması nəticəsində hərbi qulluqçumuz kiçik çavuş Zeynalov Elmir Sərxan oğlu şəhid olub.



Şəhid olan Elmir Zeynalov


Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

ANS PRESS-in məlumatına görə , 22 yaşlı şəhid bu gün Goranboy rayonu Əhmədabad kəndində dəfn olunacaq. O, Azərbaycan silahlı qüvvələrində müddətdən artıq hərbi xidmət keçirmiş. 

Elmir Zeynalov ailənin yeganə oğlu olub. Ailəli olmayıb. Onun əmisi isə 1992-ci ildə şəhid olub. 



Şəhidin yas mərasimi


Fevralın 10-da isə düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz Quliyev Rahib Nəriman oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 128 dəfə pozub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 129 dəfə atəş zərbəsi endirib.

Şərhlər

Çox oxunanlar