İki məhkum həbsxanada öldürüldü - Bakıda

13.02.2016 16:05     Sosreaksiya     1235

Fevralın 12-də Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində 2 məhkum döyülərək öldürülüb, digər 2 məhkum isə ölümcül halda Məhkumların Müalicə Müəssisəsinə aparılıb. 

AzNews.az xəbər verir ki, bu barədə musavat.com saytı məlumat yayıb. Məlumatı öldürülən məhkumlardan birinin qardaşı Ramin İbrahimov təsdiqləyib: “Zəng edib dedilər ki, Nurani mədə ağrısından ölüb, meyiti morqdadır. Getdik gördük ki, onun ayaqları sındırılıb, dabanları qapqara idi. Ciyərini vurub partladıblar. Qardaşımın günahı olubsa, bunun üçün qanun var. Nəyə görə döyüblər? Niyə öldürüblər onu?”

Onun sözlərinə görə, qardaşı 1993-cü il təvəllüdlü Nurani İbrahimov 10 gün əvvələ qədər 2 saylı cəzaçəkmə müəssisəsində olub: “Ora Elçin Əlicanavov 10 gün əvvəl rəis təyin oliundu. Bundan sonra qardaşımı və daha 5 məhkumu “şestoy”a (6 saylı cəzaçəkmə müəssisəsinə -E.M) köçürdülər. Elçin Əlicanov bizə onları hara köçürdüklərini belə demədi. “Voronok”un(dustaq daşınan maşın) dalınca düşüb “şestoy”a gəlib çıxdıq. Orada rəis Əlidir. O dedi ki, heç bir problem yoxdur, hər şey yaxşıdır. Səhəri gün Nuraniyə yemək, paltar apardıq, qəbul eləmədilər. Dedilər ki, qəbul eləmirik. Bir də dünən axşamtərəfi 2 saylı müəssisəsinin əvvəlki rəisi Eyvaz müəllim zəng elədi ki, Nuranin mədəsində ağrı olub və ölüb. Getdik morqa. Gördük ki, ayağını sındırıblar. Ciyərini partladıblar. Dabanları qapqara idi, şişmişdi. Dəyənəklə ayağının altına vurublar, ayağını sındırıblar. Buna görə də biz meyiti morqdan 6 saylı müəssisəinin qabağına aparmaq istədik”

R.İbrahimov deyib ki, digər öldürülən məhkumun meyiti Gəncəyə yola salınıb: “2 saylı müəssisəsdən “şestoy”a Nurani ilə birgə aparılan Sahib Abbasovu da döyüb öldürüblər. Onun meyitini Gəncəyə apardılar. O biri məhkumlar Elmirlə Tariyelin də vəziyyətləri ağırdır. Xəstəxanaya aparıblar. O biri 2 məhkumun kimliklərini, vəziyyətləri haqda xəbərim yoxdur”.

Penitensiar Xidmətin mətbuat xidməti məsələ ilə bağlı sorğunu cavablandırmaq istəməyib. 

Şərhlər

Çox oxunanlar