Lənkəranın kəndlərində telefon rabitəsi və internet bərpa olunub
13.02.2016 16:12 Sosreaksiya 922
Lənkəranın bir sıra kəndlərində telefon rabitəsi və internetlə bağlı yaranan problem həll edilib.
APA-nın cənub bürosunun məlumatına görə, fevralın 9-da Lənkəranda telefon naqillərinin kəsilərək oğurlanması səbəbindən rayonun Siyobili, Əşlə, Yuxarı Təngivan və Aşağı Təngivan kəndlərindən 200 abonent rabitəsiz və internetsiz qalmışdı.
Rayon Telekommunikasiya Qovşağının rəisi Şahlar İsmayılov APA-ya bildirib ki, artıq problem öz həllini tapıb. Qəza briqadalarının səyləri nəticəsində 100-dən çox abonentin evlərinə telefon rabitəsinin və internetin verilişi bərpa olunub: ”Biz bərpa işlərini davam etdiririk. Digər abonentlərin də tezliklə internet və telefon rabitəsi ilə təmin olunması istiqamətində zəruri işlər görülür. Problemin sabah günün birinci yarısına kimi tam həll olunması üçün bütün səylərimizi səfərbər etmişik”.
Şərhlər