Lənkəranda ev kül oldu

14.02.2016 11:34     Sosreaksiya     1311

Lənkəranda yanğın hadisəsi baş verib.
 
"Reaksiya"-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Boladi kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan ikimərtəbəli 6 otaq və 2 aynabənddən ibarət evin 2-ci mərtəbəsində 2 otağın aynabəndinin və dam örtüyünün yanar konstruksiyaları 105 kv.m sahədə yanıb.
 
Yanğın saat 10:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Şərhlər