Tarixi görüş baş tutdu - 962 il sonra

14.02.2016 19:50     Sosreaksiya     1181

Dünən axşam Kubanın paytaxtı Havanada katolik və provaslav kilsələrinin liderləri arasında tarixi görüş baş tutub.

AzNews.az BBC-yə istinadən xəbər verir ki, 962 il sonra iki əsas xristianlıq cərəyanının rəhbəri bir araya gəlib.

Havanadakı Xose Martin hava limanında baş tutan 2 saatlıq görüşdən sonra papa Fransis və rus-provaslav kilsəsinin rəhbəri Kiril 30 maddəlik sənəd imzalayıblar. Sənəddə kilsələrin dağıdılması, Avropanın xristian köklərinə bağlı qalması, Afrikadakı xristianların məruz qaldığı zorakılıq, eləcə də digər qlobal problemlərə toxunulub.

Şərhlər

Çox oxunanlar