Xüsusi versiyalı Rolls-Royce Ghost - FOTO

14.02.2016 20:54     Sosreaksiya     1154

"Rolls"-un paradını Çin bazarı üçün nəzərdə tutulan xüsusi versiyalı "Ghost" davam etdirdi - britaniyalılar 4-qapılıya yeni ad qoydular: "Eternal Love" (Əbədi məhəbbət).

Reaksiya.info-nun auto.az-a istinadən bildirir ki, avtomobil Pekində və yerli incəsənət muzeyində təqdim edilib. Bu avtomobil digər bazarlar üçün deyil, ondan cəmi 16 ədəd buraxılacaq. Xüsusi "Ghost" Sevgililər Günü üçün əla hədiyyə ola bilər. Banın üzərində qu quşu və ürək, kandarlarda isə romantik yazı (Məhəbbət - daimidir) var. 20-düymlük disklər və kapot tünd gümüşdəndir.

Salonda açıq rəngli dəri oturacaqlar var. Sevgi sedanı 6,6-litrlik 570 a.g. verən V12 mühərriki ilə təchiz edilib.

Şərhlər