76 yaşlı kişi bağ evində öldürüldü
15.02.2016 14:04 Sosreaksiya 1326
Hazırda hadisə yerində araşdırma aparılır.
Bakıda qətl hadisəsi baş verib. 76 yaşlı kişi öldürülüb. Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsi Albalılıq 1 yaşayış massivində qeydə alınıb. Həmin ünvanda bağ evində Bakı şəhər sakini, 1940-cı il təvəllüdlü Həmid Məmmədrəsul oğlunun üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.
Dərhal əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda hadisə yerində araşdırmalar aparılır.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bakıda sonuncu qətl hadisəsi fevral ayının 11-də baş verib. Hadisə Nəsimi rayonunun Cavadxan küçəsi, ev 4, mənzil 24-də qeydə alınıb. Həmin ünvanda yaşayan Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Sədaqət Əsgər qızı Əsgərova boğularaq öldürülüb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Fəhmin Etibar oğlu Qədimov saxlanılaraq istintaqa təhvil verilib.
Sədaqət Əsgərovanı qətlə yetirən F. Qədimov onunla qeyri-rəsmi nikahda olub. O, qadını elektrik naqili ilə boğduğunu deyib.
Şərhlər