Dərbənddə terror aktı: 1 ölü, 3 yaralı - VİDEO

15.02.2016 14:11     Sosreaksiya     1250

Törədilmiş terror aktı ilə bağlı artıq təfərrüatlar da məlum olub.

Bu gün səhər saat 10-da Dağıstan Respublikasının Dərbənd şəhərində terror hadisəsi baş verib. ANS TV-nin məlumatına görə, hadisə Dərbənd şəhərindən 15 kilometr aralıda, yol polisi postunda baş verib.

Partlayış nəticəsində bir polis işçisi ölüb, daha üç nəfər xəsarət alıb. Yaralı polislərdən ikisi Rusiyanın digər vilayətlərinin nümayəndələridir. Terror aktı partlayıcı maddələrlə dolu “QAZel” avtomobilinin polis postunun yaxınlığında partladılması nəticəsində baş verib. Törədilmiş terror aktı ilə bağlı artıq təfərrüatlar da məlum olub. “QAZel” avtomobili Dağıstanın Levaş rayonunun kəndlərindən birində yaşayan 53 yaşlı şəxsə məxsus olub. Həmin avtomobildən həmçinin 28 yaşlı şəxsində istifadə etdiyi haqda məlumat verilir.

 

Şərhlər