Bir ay əvvəl Kürdə batan şəxsin meyiti tapılıb

15.02.2016 14:26     Sosreaksiya     1242

Ötən at Ağcabədi rayonunda Kür çayında batan şəxsin meyiti aşkarlanıb.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağcabədi rayonunun Yastı yol adlanan ərazisində Kür çayında boğulanLaçın rayonundan olan məcburi köçkün, 1974-cü il təvəllüdlü Kərimov Qiyas İdris oğlunun meyiti batdığı yerə yaxın ərazidə aşkarlanıb.

 

Q. Kərimovun yaxınlarının verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəliblər.

 

Meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil veriləcək.

 

Qeyd edək ki, Qiyas İdris oğlu Kərimovun bu il yanvarın 19-da Ağcabədi rayon ərazisindən Kür çayını keçərək Zərdab rayonuna çörək almağa getdiyi, geri qayıdarkən mindiyi qayığın suda çevrilməsi nəticəsində boğulduğu xəbəri yayılmışdı.

Şərhlər