Kəlbəcər girovları ailələri ilə "Skype"la danışa bilərmi?

15.02.2016 15:40     Sosreaksiya     945

Məsələ ilə bağlı ölkə hakimiyyətləri qərar verməlidirlər.

“Əsir və girovluqda saxlanılanların ailələri ilə “Skype” vasitəsilə əlaqə qurması bütün hallarda hakimiyyətlərdən asılı məsələdir”. ANS PRESS-in "Novosti Armeniya” saytına istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan ofisinin rəhbəri Karolin Duyez Azərbaycanın Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun Ermənistanda girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailələri ilə "Skype" vasitəsilə danışmalarına məsələsi ilə əlaqədar BQXK rəhbərliyi ilə razılıq əldə olunmasına dair suala cavabında deyib.

Karolin Duyez - BQXK Ermənistan ofisinin rəhbəri
Karolin Duyez - BQXK Ermənistan ofisinin rəhbəri

K. Duyez bildirib ki, komitənin əsas vəzifələrindən biri qirovluğda saxlanılan şəxslərlə ailələri arasında əlaqə qurmaqdır: "Adətən bu iş Qızıl Xaç tərəfindən məktub vasitəsi ilə həyata keçirilir. Ya da BQXK-nin nümayəndəsinin köməyi ilə telefon əlaqəsi qurmaq mümkün olur. “Skype" vasitəsilə əlaqə qurmağa gəlincə, bütün hallarda bununla bağlı qərarı hakimiyyətlər verməlidir”.

Bir müddət əvvəl Əli Həsənov BQXK prezidenti ilə görüşdə ondan Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri ilə “Skype” vasitəsi ilə canlı danışmasının təşkil olunmasını xahiş etdiyini açıqlayıb.

Əli Həsənov - Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinn rəhbəri
Əli Həsənov - Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinn rəhbəri

Dilgəm Əsgərov və Şahbaz Quliyev ailələri ilə BQXK vasitəsi ilə göndərilən  məktublarla əlaqə saxlaya bilirlər. 2014-cü ilin iyulun 11-i  Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov yaxınlarının məzarlarını ziyarət etmək üçün Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna gediblər. O zaman onlar Ermənistan tərəfindən girov götürülüblər. Həmin zaman Dilqəm və Şahbaz yaxalansa da, Həsən Həsənov qətlə yetirilib.

 

Şərhlər

Çox oxunanlar