Dünyanın ən güclü orduları – Siyahıda Azərbaycan da var - REYTİNQ

15.02.2016 15:50     Sosreaksiya     904

“Global Firepower” hərbi portalı dünyanın ən güclü ordularının illik indeks reytinqini açıqalyıb. 


Reytinqin başında ABŞ ordusu dayanıb.

126 ölkənin hərbi potensialı – canlı qüvvəsi və hərbi texnikasının sayı, hərbi sənayesinin inkişaf gücü nəzərə alınan reytniqdə Azərbaycan ordusu 1,5221 indeks xalı ilə dünyanın ən güclü 64-cü ordusu seçilib. 

Ermənistan ordusu 74-cü (1,8231), Gürcüstan 75-ci (1,8434), İran 23-cü(0,7614), Türkiyə isə 10-cu (0,4339) yer alıb.

Ən zəif ordusu olan ölkələrə Mali (3,7392), Mozambik (3,8115) və Somali (5,7131) daxildir.

Ən güclü ordusu olan 10 ölkə:

ABŞ (0,1663)  

Rusiya (0,1865)

Çin (0,2318)

Hindistan (0,2698)

Böyük Britaniya (0,2747)

Fransa (0,3069)

Cənubi Koreya (0,3098)

Almaniya (0,8507)

Yaponiya (0,3841)

Türkiyə (0,4339)

Modern.az

Şərhlər